...

Azərbaycan hokkeyçiləri İspaniya ilə oyunu heç-heçə başa vurublar

Cəmiyyət Materials 20 Avqust 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığması Mançesterdə keçirilən Avropa çempionatının yarımfinalına çıxış imkanlarını qoruyub saxlayıb.

Trend in verdiyi məlumata görə, ikinci qrup mərhələsinin oyunu çərçivəsində Tahir Zamanın yetirmələri İspaniya ilə heç-heçə oynayaraq (2:2) pley-offa düşmək şanslarını artırıblar.

Görüş yığma üçün uğurla başlayıb və artıq 5-ci dəqiqədə Dilfuzə Mirzəliyeva hesabı açıb. 10 dəqiqədən sonra isə yığma hesabı artırıb. Azərbaycan hokkeyçiləri qələbə üçün lazım olan bütün şərtlərə malik olmasına baxmayaraq yığma rəqiblərə Roçio İbarranın dəqiq zərbəsi ilə status-kvonu bərqərar etmək imkanı verib. Beləliklə yığmanın aktivində toplanmış xallar var və qrup mərhələsinin yekun oyununda onlar ukraynalılara qalib gəlməlidirlər.

Xəbər lenti

Xəbər lenti