...

Bilal Əliyev: "Onları soldan vuracaqsan, sağdan çıxacaqlar"

Cəmiyyət Materials 22 Avqust 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / "TrendLife" , müxbir Günel Əhmədova/ Əməkdar artist Bilal Əliyev Amerikaya səfərə hazırlaşır. O, Nyu-York və Los-Ancelsdə çıxış edəcək. Bu barədə "TrendLife"a məlumat verən müğənninin sözlərinə görə, səfər orada yaşayan həmyerlilərimizin təşəbbüsü ilə keçiriləcək. "Bilirəm ki, tez-tez səfərlərə çıxmağım bəzi insanlara rahatlıq vermir. Amma mən dinə inanan adamam. Hər gün namaz qılıram, bədnəzərə qarşı ayələr və dualar oxuyuram" - deyən əməkdar artist ənənəyə uyğun olaraq yenə də şou-biznes nümayəndələrinə ismarıcını göndərdi: "Şou-biznesdə qarışıqlıq var və həmişə də olacaq. Bu işlərə çox qarışmaq istəmirəm. Bu, mənim səviyyəmə uyğun işlər deyil. Ümumiyyətlə, bunun qarşısını almaq mümkün deyil. Onları soldan vuracaqsan sağdan, sağdan vuracaqsan soldan çıxacaqlar. Düşünürəm ki, şou-biznesdə çox insanların yeri səhv düşüb". Yeni layihələr hazırladığını deyən əməkdar artist: "Bir neçə bölgədə konsertlərim olacaq. Konsert təşkilatçıları hazırlığa başlayıblar. Çıxışım 5 bölgədə nəzərdə tutulub və açıq havada keçiriləcək. Bundan əlavə, sentyabrda albomum işıq üzü görəcək. Üzeyir Hacıbəyov, Asəf Zeynallı, Arif Məlikov, Rauf Hacıyevin bəstələrini ifa edəcəm. Eyni zamanda "Ana" mahnısına klip çəkiləcək" - deyə məlumat verdi.

Xəbər lenti

Xəbər lenti