...

İrəvan Teatrı Dövlət sifarişi ilə tamaşa üzərində işləyir

Cəmiyyət Materials 23 Avqust 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Azərbaycan Dövlət İrəvan teatrı hazırda "Körpü" adlı tamaşa üzərində aktiv işləyir. O dövlət sifarişi ilə qoyulacaq. Bu haqda "TrendLife"a teatrın direktoru və tamaşanın müəllifi İftixar Piriyev xəbər verib. Tamaşanın rejissoru xalq artisti Vaqif Əsədov, baş rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə əməkdar artist Cavanşir Quliyev olacaq. Tamaşanın məşqləri sentyabr ayında olacaq. "Körpü" tamaşasına dəvət olunmuş aktyorlar da iştirak edəcəklər. Tamaşa üçün Gürcüstanın Suxum teatrından gürcü dəvət olunub ki, tamaşada gürcü rolunu, Dağıstan Ləzgi teatrından dəvət olunmuş aktyor isə erməni rolunu ifa edəcək.

Xəbər lenti

Xəbər lenti