...

Azərbaycanın sabiq səhiyyə nazirinin müdafiəçisi vəkilini istintaq orqanı ilə iş birliyində günahlandırıb

Cəmiyyət Materials 24 Avqust 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq səhiyyə nazirinin müdafiəçisi vəkilini istintaq orqanı ilə iş birliyində günahlandırıb. Bu barədə cümə günü Trend ə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbovun vəkili Telman Novruzzadə deyib.

Bu gün Sumqayıt şəhər Məhkəməsində hakim Təhminə Xəlilovanın sədrliyi ilə Talıbovun barəsindəki cinayət işi üzrə hazırlıq iclası başlayıb. Vəkilin sözlərinə görə, iclas başlanan kimi, Talıbov Novruzzadənin onun hüquqlarının müdafiəsi ilə bağlı xidmətindən imtina edib. Bu səbəbdən də hazırlıq iclası avqustun 29-na təxirə salınıb. Bu müddətdə Talıbov yeni vəkillə müqavilə imzalayacaq.

Talıbova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb. O, hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır.

Talıbov bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti