...

Nazir: "Xaricdə təhsil alan tələbələrin təqaüdləri artırılacaq"(video)

Cəmiyyət Materials 24 Avqust 2007 14:27 (UTC +04:00)
Nazir: "Xaricdə təhsil alan tələbələrin təqaüdləri artırılacaq"(video)

Azərbaycan, Bakı / Trend , S.Ağayeva / Azərbaycan Təhsil Nazirliyi hökumət qarşısında xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması ilə bağlı məsələ qaldırıb. Bu barədə cümə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Hazırda xaricdə 3000-dən çox azərbaycanlı tələbə təhsil alır. Onların əksəriyyəti Türkiyə, Rusiya, Çin, Yaponiya, Slovakiya və digər ölkələrin təhsil müəssisələrində təhsil alır. Maliyyələşmə üç istiqamətdə həyata keçirilir: valideynlərin və ayrı-rayrı şəxslərin hesabına, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin hesabına və dövlət hesabına.

"Xaricdə təhsil alan tələbələrin başlıca problemi maliyyə çətinlikləridir" - deyə nazir bildirib.

Tələbələr də təqaüdlərin aşağı olmasından narazıdırlar və onların artırılmasını tələb edirlər. "Bizim təqaüdümüz cib xərcliyinə zorla çatır və normal yaşayışı təmin etmək üçün boş vaxtlarımızda işləməli oluruq ki, iş yorğunluğu da təhsilimizə pis təsir göstərir" - deyə Türkiyənin "Ortadoğu" Texniki Universitetinin tələbəsi A. Məmmədov bildirib.

"Bizim müraciətimizə dövlətin cavab verəcəyi gözlənilir" - deyə nazir bildirib. Mərdanovun sözlərinə görə, ola bilsin ki, paralel olaraq yerli ali məktəblərin və texnikumların tələbələrinin təqaüdləri də artırılsın.

Nazirliyin məlumatına görə, təqaüdün son dəfə 50% artımı fevralda baş verib. Ali məktəb aspirantları üçün təqaüd hazırda 65 manat, magistraturanın əlaçı tələbələri üçün 55 manat, magistraturanın tələbələri üçün 30-45 manat, bakalavr pilləsinin əlaçı tələbələri üçün 50 manat, bakalavr pilləsinin tələbələri üçün 25-40 manat, orta ixtisas məktəblərinin əlaçı tələbələri üçün 25 manat, orta ixtisas məktəblərinin tələbələri üçün 18-20 manat, peşə məktəblərinin və liseylərin tələbələri üçün 18 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti