...

Natalya Məmmədovanı almaq istəyənlərin sayı artır

Cəmiyyət Materials 28 Avqust 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın voleybol yığmasının və "AzərReyl" komandasının forvardı Natalya Məmmədovanı almaq istəyənlənin sayı get-gedə artır.

Natalyanı transfer etməkdə məxsusi olaraq İtaliya təmsilçiləri maraqlıdır. Məmmədova burada ötən mövsümün ikinci hissəsini keçirib. Voleybolçumuzu sıralarına Berqamonun "Foppapedretti" klubu, habelə Natalyanı icarəyə götürmüş "Biqmat Sanpaolo Kyari" qatmaq istəyir.

Lakin Milli Federasiyanın rəhbərliyi hələlik italiyalıların təkliflərinə cavab verməyə tələsmir və hazırda danışıqlar davam etdirilir. Güman olunur ki, bu, çox çəkməyəcək. Çünki federasiyanın əsasnaməsinə görə 24 yaşına çatmış oyunçu özü-özünə klub seçmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti