...

Naxçıvanda 61 mədəniyyət işçisi vəzifəsindən uzaqlaşdırılıb

Cəmiyyət Materials 30 Avqust 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında yanvar-avqust aylarında 61 nəfər mədəniyyət işçisi işdən çıxarılıb.Bu barədə Naxçıvan MR-in Mədəniyət və Turizm Nazirliyində keçirilən müşavirədə məlumat verilib. Naxçıvan MR mədəniyyət və turizm naziri Sarvan İbrahimov bildirib ki, Muxtar Respublikada fəaliyyət göstərən 702 klub işçisindən 596-sı, 451 kitabxana işçisindən 291 nəfəri orta təhsillidir, yaxud da ixtisas təhsili deyil. Nazir deyib ki, bu məqsədlə 21 klub müəssisəsi və 15 kitabxana ləğv edilib, 20 kitabxana və 41 klub işçisi işdən azad edilib.

Bundan əlavə, 18 ali, 11 orta ixtisas təhsilli kadr işə götürülüb.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti