...

Qubada intihar hadisəsi baş verib

Cəmiyyət Materials 30 Avqust 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Quba rayonunda intihar hadisəsi baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, rayonun Əlibəyqışlaq kənd sakini 21 yaşlı Alim Əliməmmədov yaşadığı evin bağçasından özünü asıb. Valideynləri bildirib ki, intihar edənin hər hansı xəstəliyi olmayıb. Bir neçə gün əvvəl ailə üzvləri ilə münaqişələri olub.

Quba rayon Prokurorluğundan bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti