...

Avropa Şurasının insan haqları üzrə komissarı həbsdə olan sabiq nazirlə görüşüb

Cəmiyyət Materials 4 Sentyabr 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zarbalıyeva/ Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq bu gün Bayıldakı 1 saylı istintaq təcridxanasında sabiq səhi yyə naziri Əli İnsanovla görüşüb. Bu barədə "Trendə" çərşənbə axşamı İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, Hammerberq İnsanovun saxlanma şəraiti, səhhəti və keçirilən məhkəmə prosesi ilə maraqlanıb.

Sabiq nazir səhhətinin ağır olduğunu, 8 xəstəlikdən əziyyət çəkdiyini, lakin müalicəsi üçün heç bir şərait yaradılmadığını Avropalı ekspertin diqqətinə çatdırıb. İnsanov həmçinin ədalətsiz məhkəmə qərarı ilə saxta ittihamlarla cəzalandırıldığını, siyasi motivlər əsasında həbs olunduğunu bildirib.

Hammerberq İnsanovun işinin diqqətdə saxlanılacağını deyib.

İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunub. Bu il aprelin 20-də isə korrupsiya cinayətlərində təqsirli bilinərək məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. 1 saylı istintaq təcridxanasında saxlanılan İnsanovun onurğa sütununda yırtıq olması həkim diaqnozu ilə təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti