...

Heydər Əliyev Fondu məcburi köçkün ailələrindən olan şagirdlərə dərs ləvazimatı paylayacaq

Cəmiyyət Materials 6 Sentyabr 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Heydər Əliyev Fondu sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatı paylayacaq. Bu barədə cümə axşamı Trend ə Heydər Əliyev Fondundan məlumat verilib.

Fond "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində, Azərbaycanın müxtəlif rayonlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması istiqamətində işlər həyata keçirir. "Təhsilə dəstək" layihəsi çərçivəsində təhsil ocaqlarının əyani vəsaitlərlə, dərs ləvazimatı ilə təmin olunmasına köməklik göstərilir.

Bu aksiya çərçivəsində Fond Sabirabad, Bərdə, Biləsuvar, İmişli və digər rayonlarda məskunlaşan 15 minə yaxın məcburi köçkün məktəbliyə dərs ləvazimatları təqdim edəcək.

Bundan əvvəl, 2004-2006-cı tədris illərndə belə aksiyalar 60 min məktəblini əhatə edib.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci ledisi, "UNESCO" və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevadır.

Xəbər lenti

Xəbər lenti