...

Basketbol məşqçisi Rimas Kurtinaytis Bakıya qayıda bilər

Cəmiyyət Materials 7 Sentyabr 2007 12:48 (UTC +04:00)
Basketbol məşqçisi Rimas Kurtinaytis Bakıya qayıda bilər

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Litvanın basketbol üzrə yığması bu günlərdə Madriddə keçirilən Avropa çempionatında uğurla çııxış edir. Startda iki qələbə qazanmaqla yığma faktiki olaraq yarışmanın növbəti raundunda yerini təmin edib. Diqqəti çəkən litvalıların güclü oyunu deyil, onların ikinci məşqçisinin şəxsiyyətidir. Söhbət bir vaxtlar Azərbaycan yığmasına və "Qala" klubuna rəhbərlik edən Rimas Kurtinaytisdən gedir, kim bilir, o bəlkə də Bakıya qayıdacaq.

Litvalı mütəxəssis Permin "Ural-Qreyt" klubu ilə müqavilə imzaladıqdan sonra və yığmanın zəif oyun nümayiş etdirməsi nəticəsində klubu tərk edib, Rusiya superliqası klubunun rəhbərliyi isə Riması tənqid atəşinə tutmağa başlayıb. Yığmanın meneceri Sergey Belov bəyan edib ki, Rimasın dəvət olunması səhv addım olub və o, məşqçidən bu cür nəticə gözləmirdi. Belə bir fikir də söylənib ki, Azərbaycanın təklifini qəbul etməklə Rimas müasir basketbol tendensiyalarından geridə qaldığını göstərib və onun metodları bir nəticə verməyəcək.

Əgər Belov Azərbaycana gəlmiş olsaydı, onun nəticələrini izləmək də maraqlı olardı. Məşhur keçmişi olan bir basketbolçunun bostanına daş atmaq ən azı, yaxşı deyil, Kurtinaytis respublikada idmanın bu növünün inkişafı üçünq çox işlər görüb. Məhz elə onun dövründə yığma ilk uğurlarını qazanıb, yığma Səudiyyə Ərəbistanında islam ölkələri arasında keçirilən yarışmanın qalibi olub, bundan sonra isə "Challenge" divizionunda Avropa çempionatında uğurla çıxış edib. Məhz elə bu vaxtlar Fuad Niftəliyev, Zaur Paşayev, Tahir Baxşıyev kimi peşəkarlar meydana çıxıb. Kurtinaytis Azərbaycanın təklifini çağırış hesab edib və ona burada işləmək daha maraqlı idi.

Kurtinaytisin digər klubdakı vəziyyətlə əlaqəsi olmadığını nəzərə alsaq onun qayıtması mümkündür.

Xəbər lenti

Xəbər lenti