...

Azərbaycan hokkeyçiləri "Challenge" divizionunda dördüncü yerdədirlər

Cəmiyyət Materials 11 Sentyabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın kişilərdən ibarət yığması Kazanda keçirilən Avropa çempionatında "Challenge-1" divizionunda turnir vəziyyətini qaydaya salıb.

Start oyununda meydan sahiblərinə məğlub olduqdan sonra yığma İsveçə 3:1 hesabı ilə qalib gəlib. Oyun çox gərgin şəraitdə keçib və birinci hissədə tərəflər heç-heçə hesabla fasiləyə getməklə bir-birini məyus ediblər. Lakin görüşün ikinci yarısında Azərbaycan hokkeyçiləri iki qol vurmaqla oynunun gedişini öz xeyirlərinə dəyişə biliblər.

Bu oyundan sonra yığma üç xalla Danimarka və İsveçi geridə qoymaqla dördüncü yerdə qərar tutub. Müvafiq olaraq üçüncü və dördüncü yerləri tutan xorvatlar və belaruslardan yığmanı yalnız bir bal ayırır. Bu onunla izah olunur ki, hər iki yığma xal hesabında heç-heçə oynayıb və bundan sonra Rusiyadan olan hokkeyçilər turnirdə liderliyi ələ alıblar.

Xəbər lenti

Xəbər lenti