Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/
Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin püşkü atılıb.
Trend-in məlumatına görə, Türkiyənin Antalya şəhərində keçiriləcək turnirdə ölkəmizi təmsil edəcək Bakının "Neftçi" klubunun da rəqibləri müəyyənləşib.
"B" qrupunda mübarizə aparacaq Böyükağa Hacıyevin komandası Ukraynanın "Metallist", Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə qarşılaşacaq.
"A" qrupunda isə Rusiyanın "Terek", Rumıniyanın "Rapid", Qazaxıstanın "Ordabaşı" və Latviyanın "Dauqava" klubları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Qrupu qalib kimi başa vuran komandalar finalda qarşılaşacaqlar.
Qeyd edək ki, mükafat fondu 170 min ABŞ dolları olan turnir 28 yanvar - 3 fevral aralığında keçiriləcək.
"Neftçi" növbəti imtahandan "neçə alacaq"?
Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin püşkü atılıb.