...

Tovuzun "Turan" klubu bir neçə yoxlama oyunu keçirəcək

İdman Materials 30 Yanvar 2012 16:23 (UTC +04:00)
Yanvarın 28-dən hazırlıqlara başlayan Tovuzun "Turan" klubu bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Tovuzun "Turan" klubu bir neçə yoxlama oyunu keçirəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yanvarın 28-dən hazırlıqlara başlayan Tovuzun "Turan" klubu bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

Trend-in Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı məlumata görə, komandada hazırda 28-30 futbolçu var. Asəf Qədiri, Xəyal Qarayev, Natiq Kərimi, Cavad Mirzəyev "Turan"ın heyətinə cəlb etdiyi yeni futbolçulardır.

Gürcü legionerlər də komandanın düşərgəsindədir. "Turan" yanvarın 30-da "Şəmkir"lə, fevralın 1-də isə "Tərəqqi" ilə yoxlama oyunu keçirməyi və bir neçə yeni futbolçunu heyətə cəlb etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti