...

Gəncənin "Kəpəz" klubunun heyəti Antalya aeroportunda problemlə üzləşib

İdman Materials 1 Fevral 2012 18:12 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirən Gəncənin "Kəpəz" futbol klubunun heyəti qeyri-sabit hava şəraitinə görə Vətənə qayıda bilmir.
Gəncənin "Kəpəz" klubunun heyəti Antalya aeroportunda problemlə üzləşib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirən Gəncənin "Kəpəz" futbol klubunun heyəti qeyri-sabit hava şəraitinə görə Vətənə qayıda bilmir. Bu barədə çərşənbə günü Trend-ə klubun prezidenti Elmir Əliyev məlumat verib.

Klub üzvləri hazırda aeroportda uçuşun baş tutma vaxtını gözləyirlər.

Əliyev bildirib ki, uçuş bu gün Türkiyə vaxtilə saat 12:00-da (Bakı vaxtilə 14:00) baş tutmalı idi. Lakin uçuş Bakı vaxtilə saat 19:00-dək təxirə salınıb.

"Kəpəz" klubu Antalya şəhərində bir həftəlik təlim məşq toplantısı keçirib. Bu müddət ərzində Azərbaycan klubu üç yoxlama oyunu keçirib və hər üçündə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti