...

"Lokomotiv" Bakı "Çağırış Kuboku"nun yarımfinalına yüksəldi

İdman Materials 29 Fevral 2012 20:20 (UTC +04:00)
"Çağırış Kuboku"nun 1/4 final mərhələsinin cavab görüşündə "Lokomotiv" (Bakı) klubu Polşanın "Kralova Polya" komandasını qəbul edib.
"Lokomotiv" Bakı "Çağırış Kuboku"nun yarımfinalına yüksəldi

Azərbaycan, Bakı, 29 fevral /Trend/

"Çağırış Kuboku"nun 1/4 final mərhələsinin cavab görüşündə "Lokomotiv" (Bakı) klubu Çexiyanın "Kralova Polya" komandasını qəbul edib.

Trend-in məlumatına görə, ilk görüşdə səfərdə 2-3 hesabı ilə məğlub olan volleybolçularımız rəqibinə heç bir şans verməyərək hər 3 setdə qələbə qazanıb.

Ümumi hesab bərabərləşdiyindən matçın taleyi qızıl setdə həll olunub. Bu setdə də voleybolçu qızlarımız qalib gələrək Avropa "Çağırış Kuboku"nun yarımfinal mərhələsinə yüksələ biliblər.

Xəbər lenti

Xəbər lenti