...

"Neftçi" çempionluq yolunda irəlilədi, "İnter" isə büdrədi

İdman Materials 3 Mart 2012 16:52 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasının XXII turunun oyunları keçirilir.
"Neftçi" çempionluq yolunda irəlilədi, "İnter" isə büdrədi

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bu gün futbol üzrə Unibank Premyer Liqasının XXII turunun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Sumqayıt" - "Xəzər Lənkəran" qarşılaşması meydan sahiblərinin böyük hesablı məğlubiyyəti ilə başa çatdı. Lənkəran təmsilçisi vacib üç xalı Eder Bonfim, Andrey Mureşan və Katalin Domanın qollarıyla qazandı.

Turun digər matçında "Kəpəz" öz meydanında "Simurq"la mübarizə apardı. Gəncəlilər rəqibə heç bir şans vermədi - 2:0. Fuad İsmayılovun komandasına Şahin Kərimov və Yuri Fomenkonun qolları qələbə gətirdi.

"Bakı" - "İnter" görüşündə meydan sahibləri Junior Osvaldonun vurduğu qolla minimal hesablı qələbə qazandı.

"Turan" - "Neftçi" matçı da elə bu hesabla başa çatdı, lakin bu dəfə qonaqlar fərqləndilər. Flaqmanın yeganə qolunu Rəşad Abdullayev vurdu.

Bu turu "minimal hesablı qələbələr turu" adlandırmaq olar. Ardıcıl üçüncü oyun da 1:0 hesabıyla bitdi. "Azal"la qaşılaşmada "Qarabağ"a Rauf Əliyevin yeganə qolu 3 xal qazandırdı.

Saat 16:30-da başlayan "Rəvan" - "Qəbələ" matçında qonaqlar 4-cü və 9-cu dəqiqələrdə artıq fərqləniblər.

Xəbər lenti

Xəbər lenti