...

Azərbaycan taekvondoçuları Spanish Open-də iştirak edəcəklər

İdman Materials 7 Mart 2012 17:16 (UTC +04:00)
Azərbaycanın taekvondo üzrə olimpiya seçmə komandası Fransaya yollanacaq.
Azərbaycan taekvondoçuları Spanish Open-də iştirak edəcəklər

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycanın taekvondo üzrə olimpiya seçmə komandası Fransaya yollanacaq.

Taekvondo Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, koreyalı mütəxəssis, məşqçi Con Conqbay və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə martın 13-də Parisə yollanacaq heyətə Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq) və Bayraməli Vəliyev (87 kq), qadınlardan isə Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) daxil edilib.

Komandamız martın 14-dən 21-dək yerli taekvondoçularla birgə təlim-məşqlər keçirəcək.

Daha sonra idmançılarımız 24-25 mart tarixlərində İspaniyanın Alikante şəhərində İspaniyanın 10-cu açıq çempionatına ("Spanish Open") qatılacaq. Olimpiya seçmə komandamız Vətənə ayın 27-də dönəcək.

Xəbər lenti

Xəbər lenti