...

Rövnəq Abdullayev oğlan futbolçuların qızlardan dərs almasını tövsiyə etdi

İdman Materials 9 Mart 2012 12:44 (UTC +04:00)
AFFA-nın prezidenti Rövnəq Abdullayev və Azərbaycan millisinin baş məşqiçisi Berti Foqts Azərbaycanın bu günlərdə Fələstinə 0:2 hesabı ilə uduzmasının səbəblərini açıqlayıblar.
Rövnəq Abdullayev oğlan futbolçuların qızlardan dərs almasını tövsiyə etdi

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

AFFA-nın prezidenti Rövnəq Abdullayev və Azərbaycan millisinin baş məşqiçisi Berti Foqts Azərbaycanın bu günlərdə Fələstinə 0:2 hesabı ilə uduzmasının səbəblərini açıqlayıblar.

Trend-in məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev cümə günü jurnalistlərə bildirib ki, həmin oyunda Azərbaycan yığmasına cəlb olunmuş bir çox yeni futbolçular sınaqdan keçirilib və oyun eksperimental xarakter daşıyıb.

O, həmin oyunun nəticəsinin FİFA tərəfindən ləğv olunduğunu qeyd edib və bildirib ki, yığmanın baş məşqçisi ilə bu problemlər barədə müzakirələr aparılıb.

"Qızlardan ibarət milli yığma komandanın vurduğu qollara baxıb oğlanlarımız dərs alsınlar", - Abdullayev deyib.

Foqts isə jurnalistlərə Fələstinə məğlubiyyətlə bağlı bildirib ki, 7 gün ərzində yığmanın üzvləri Dubayda 3 oyun keçirib. Azərbaycan futbolçuları buna hazır deyillər. O, həmçinin qeyd edib ki, Fələstinlə oyunda 8 gənc futbolçu sınaqdan keçirilib.

Xəbər lenti

Xəbər lenti