Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında növbəti mövsüm üçün Unibank Premyer Liqasının yayım hüququnun Peşəkar Futbol Liqasına verilməsi haqqında qərar qəbul olunub.
Trend-in məlumatına görə, yeni mövsümdən etibarən Azərbaycan çempionatının oyunlarını yayımlamaq istəyən telekanallar PFL ilə müqavilə bağlamalıdırlar.
Müqaviləsi olmayan telekanallar çəkiliş aparılması üçün stadionlara buraxılmayacaq.
Qeyd edək ki, bu mövsüm çempionatın yayım hüququ klublara məxsus idi.