...

Gələn il güləş üzrə Avropa çempionatı Tbilisidə keçiriləcək

İdman Materials 15 Mart 2012 11:37 (UTC +04:00)
Güləş üzrə Avropa çempionatı 2013-cü ildə Tbilisidə keçiriləcək. Bu barədə məlumatı Gürcüstanın İdman və Gənclər Nazirliyi yayıb.
Gələn il güləş üzrə Avropa çempionatı Tbilisidə keçiriləcək

Azərbaycan, Bakı, 15 mart /Trend/

Güləş üzrə Avropa çempionatı 2013-cü ildə Tbilisidə keçiriləcək. Bu barədə məlumatı Gürcüstanın İdman və Gənclər Nazirliyi yayıb.

Bəyanatda bildirilir ki, ötən həftə sonu Serbiyada keçirilən Avropa çempionatından sonra ev sahibliyi bayrağı Gürcüstan Güləş Federasiyasına verilib.

Federasiyanın rəhbəri Lado Vardzeladzenin bildirdiyi kimi, Avropa çempionatının keçirilməsi gənclər arasında güləşin populyarlaşmasına, çoxlu sayada turistlərin cəlb olunmasına yardım edir və dövlət çempionatın ən yüksək səviyyədə keçməsi üçün hər şeyi edir.

Xəbər lenti

Xəbər lenti