...

Silvio Berluskoni yenidən "Milan"ın prezidenti oldu

İdman Materials 30 Mart 2012 12:25 (UTC +04:00)
"Milan"ın sahibi Silvio Berluskoni yenidən bu klubun prezidentliyinə qayıdıb. Trend-in xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Silvio Berluskoni yenidən "Milan"ın prezidenti oldu

Azərbaycan, Bakı, 30 mart /Trend/

"Milan"ın sahibi Silvio Berluskoni yenidən bu klubun prezidentliyinə qayıdıb. Trend-in xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Berluskoni 2008-ci ildə İtaliyanın Baş naziri seçildiyi üçün klub prezidenti vəzifəsini tərk etmişdi. 2011-ci il noyabrın 12-də isə o, Baş nazir vəzifəsindən istefa verib.

Berluskoni "Milan"a 1986-cı ildən başçılıq edir. O, klubun sahibi olduqdan sonra "Milan" səkkiz dəfə İtaliya çempionu, bir dəfə ölkə kubokunun, beş dəfə Çempionlar Liqasının (əvvəlki Çempionlar Kuboku da daxil), beş dəfə UEFA superkubokunun, iki dəfə qitələrarası kubokun, bir dəfə isə klublararası dünya çempionatının qalibi olub.

Xəbər lenti

Xəbər lenti