...

Azərbaycandakı dünya çempionatının maskotunun adı açıqlandı

İdman Materials 13 Aprel 2012 16:17 (UTC +04:00)
XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində FIFA U-17 Qadınlararası Dünya Çempioantı Azərbaycan 2012-nin təbliğatı davam edir.
Azərbaycandakı dünya çempionatının maskotunun adı açıqlandı

Azərbaycan, Bakı, 13 aprel /Trend/

XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində FIFA U-17 Qadınlararası Dünya Çempioantı Azərbaycan 2012-nin təbliğatı davam edir. Bu gün sərgidə dünya çempionatının rəsmi maskotunun adı elan olunub.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, DÇ-nin maskotu Top-top qız adlandırılıb. Adın müəllifi olan Bəhram Bağırzadəyə maskot çempionatın Yerli Təşkilat Komitəsi tərəfindən hazırlanmış hədiyyə təqdim edib.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri də tədbirdə iştirak edib. Sərginin ziyarətçiləri dünya çempionatının hazırlıq işləri ilə tanış olub və müxtəlif suallara cavab alıblar. Çempionatın stendi qarşısında müxtəlif əyləncə xarakterli oyunlar quraşdırılıb. Maraqlı və interaktiv oyunlar əsasında iştirakçı və azarkeşlər dünya çempionatından və yerli dəstəkçilərdən müxtəlif hədiyyələr əldə ediblər.

Xəbər lenti

Xəbər lenti