...

Beynəlxalq İdman Dırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir (FOTO)

İdman Materials 28 Aprel 2012 15:07 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Beynəlxalq İdman Dırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Helmut Knabl bu gün Bakıya işgüzar səfərə gəlib.
Beynəlxalq İdman Dırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Beynəlxalq İdman Dırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Helmut Knabl bu gün Bakıya işgüzar səfərə gəlib. Bu barədə Trend-ə FAİREX-in mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Knabl FAİREX-in yeni açılmış ofisində federasiyanın prezidenti Hüseyn Bağırovla və FAİREX-in idman klublarının fəalları ilə görüşüb, daha sonra Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş "Climbaku" İdman Dırmanması Mərkəzi ilə tanış olub, orada federasiyanın idmançıları arasında keçirilən seçmə turniri izləyib.

Səfər çərçivəsində Knabl gənclər və idman nazirinin müavini İntiqam Babayevlə, Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri İsmayıl Sadıqovla görüşüb.

Görüşdə qonaq İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlindən İFSС-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSС-nin diqqətini cəlb etdiyini bildirib.

Eyni zamanda müzakirələr zamanı 2020-ci ildə Olimpiya Oyunlarının Bakıda keçirilməsi, İFSC və FAİREX arasındakı əlaqələrin koordinasiya olunması barədə danışıqlar aparılıb.

Səfər çərçivəsində Knabl Bakının və Azərbaycanın görməli yerləri ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti