...

Azərbaycanda keçirilən beynəlxalq veloturun ilk mərhələsi başa çatdı

İdman Materials 9 May 2012 16:42 (UTC +04:00)
Kişilərdən ibarət komandalar arasında keçirilən beynəlxalq veloturun birinci - Bakı mərhələsinin yekunları üzrə Rusiyanın "İtera Katyuşa" komandası qalib olub.
Azərbaycanda keçirilən beynəlxalq veloturun ilk mərhələsi başa çatdı

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Ə.Həsənov/

Kişilərdən ibarət komandalar arasında keçirilən beynəlxalq veloturun birinci - Bakı mərhələsinin yekunları üzrə Rusiyanın "İtera Katyuşa" komandası qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, Qazaxıstan və Almaniya komandaları tutublar.

Trend-in məlumatına görə, rusiyalı idmançılar yarışın təşkilini yüksək qiymətləndirib, habelə yürüşdə layiqli rəqiblərin iştirak etdiyini qeyd ediblər.

Velotur 23 yaşadək gənc komandalar arasında təşkil edilib.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur.

Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılıb.

Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunur.

Xəbər lenti

Xəbər lenti