Azərbaycan, Bakı, 14 may /Trend/
Hücumçu Andrey Arşavin futbol üzrə Avropa çempionatında Rusiya yığmasının kapitanı olacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Moskvada mətbuat konfransında komandanın baş məşqçisi Dik Advokat bildirib.
Avropa çempionatı iyunun 8-dən iyulun 1-nə kimi Polşa və Ukraynada keçiriləcək. A qrupunda Rusiya yığmasının rəqibləri çexlər, polyaklar və yunanlar olacaq.
"Andrey Arşavin yığmanın kapitanı olacaq", - Advokat deyib.
Komandanın qapıçısı mövqeyinə gəldikdə məşqçi qeyd edib ki, onun İqor Akinfeyev, Anton Şunin və Vyaçeslav Malofeyevin xeyrinə seçimi çətin olub. "Şunin "Dinamo"da çoxdan, hətta (Vladimir) Qabulov komandada olan vaxydan oynayır, ona görə mən onu seçdim. Qabulov barədə qərar çıxarmaq çətin idi, çünki o son oyunlarda çox yaxşı görünürdü".