...

Yaponiya–Azərbaycan matçı sinqapurlu hakimlərə tapşırıldı

İdman Materials 22 May 2012 11:41 (UTC +04:00)
Mayın 23-də Şizuoka şəhərində Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu Sinqapurdan olan hakimlər idarə edəcəklər.
Yaponiya–Azərbaycan matçı sinqapurlu hakimlərə tapşırıldı

Azərbaycan, Bakı, 22 may /Trend/

Mayın 23-də Şizuoka şəhərində Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu Sinqapurdan olan hakimlər idarə edəcəklər. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Matçın baş hakimi Əbdül Malik Əbdülbəşirdir. Ona Cefri Goh Gek Penq və Yeu Munq Tanq kömək edəcəklər.

Qarşılaşmanın ehtiyat hakimi yaponiyalı Minoru Tojodur.

Xəbər lenti

Xəbər lenti