...

Berti Foqts: Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır

İdman Materials 23 May 2012 18:55 (UTC +04:00)
Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır. Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Yaponiya-Azərbaycan oyunundan sonra deyib.
Berti Foqts: Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır

Azərbaycan, Bakı, 23 may /Trend/

Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır. Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Yaponiya-Azərbaycan oyunundan sonra deyib.

"Birinci hissədə rəqib, fasilədən sonra isə biz sürətli oynadıq. Yaponiya futbolu son illər çox inkişaf edib. Bizdən fərqli olaraq, onların bir çox futbolçusu Avropa klublarında çıxış edir. Bu mənada, rəqibimizin heyətində yaxşı futbolçu çoxdur. Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır. Bundan sonrakı oyunlarda da onlara uğurlar arzulayıram. Bizim hədəfimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatı olduğu üçün heyətdə daha çox gənclərə yer verməyə çalışırıq", - Foqts deyib.

Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni bildirib ki, bu oyuna son dərəcə ciddi önəm verirdilər. Çünki Asiya ilə müqayisədə, Avropada daha sürətli futbol oynayırlar.

"Rəqibin heyətində ucaboy futbolçuların çoxluğu işimizi bir qədər çətinə salsa da, komanda tapşırıqlarımı yerinə yetirə bildi. Ümid edirəm ki, bu qələbə sayəsində əhval-ruhiyyəmiz artacaq və bu, növbəti oyunlara müsbət təsir göstərəcək. Dəvətimizi qəbul etdiyinə görə Azərbaycan millisinə minnətdarlığımı bildirir və qarşıdakı oyunlarda uğurlar arzulayıram", - o deyib.

Xəbər lenti

Xəbər lenti