Azərbaycan, Bakı, 30 may /Trend/
Bu gün AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında II Caspian Cup beynəlxalq turnirinə start verilib.
Trend-in məlumatına görə, turnirin ilk günündə 3 qarşılaşma keçirilib.
Qazaxıstan Litvanı 2:1, Türkiyə isə Gürcüstanı 3:2 hesabı ilə məğub edib.
Azərbaycan isə ilk görüşünə darmadağınla başlayıb. Millimiz Qırğızıstanı 5:1 hesabı ilə məğlub edib.
Günün son matçı Yaponiya və Özbəkistan komandaları arasında keçiriləcək.