...

Azərbaycan avarçəkənləri Dünya Kubokunda 1 dəst medal qazanıblar

İdman Materials 4 İyun 2012 09:46 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun III təsnifat mərhələsinə yekun vurulub.
Azərbaycan avarçəkənləri Dünya Kubokunda 1 dəst medal
qazanıblar

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun III təsnifat mərhələsinə yekun vurulub. Yarışda iştirak edən Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Bu barədə Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat ximdətindən məlumat verilib.

Qızıl və gümüş medallara kanoeçimiz Andrey Kraytor sahib olub. 1 nəfərlik qayıqla (C-1) mübarizə aparan Kraytor 200 metr məsafəyə final yürüşündə finişə hamıdan tez - 39,827 saniyəyə çatıb. Gümüş medala litvalı Yevgeni Şuklin (40,207), bürünc medala rusiyalı Aleksandr Kostoqlod (40,951) layiq görülüb.

Azərbaycanlı 3 qat dünya, 3 qat Avropa çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya sahibi Valentin Demyanenko 41,251 saniyə nəticə ilə 4-cü yerlə kifayətlənib.

Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə də Demyanenkodan üstün olub. Lakin bu dəfə 20 yaşlı idmançımız finişə 1 dəqiqə 58,143 saniyəyə 2-ci çatdığı halda, ən titullu kanoeçimiz 2 dəqiqə 2,572 saniyə göstərici ilə 8-ci olub. Qızıl medala rusiyalı İlya Ştokalov (1:57.887) layiq görüldüyü halda, bürünc medalı almaniyalı Sebastian Henniq (1:58.228) əldə edib.

2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy - Maksim Prokopenko dueti yalnız 500 metr məsafəyə yürüşdə bürünc medal qazana bilib. Onlar finişə 1 dəqiqə 52,377 saniyə nəticə ilə üçüncü çatıblar. Qızıl medala qazaxıstanlı Sergey Yemelyanov - Timofey Yemelyanov (1:50.531), gümüş medala rusiyalı Vladimir Çernışov - İvan Kuznetsov (1:51.820) dueti layiq görülüb.

Azərbaycanlı duet 1000 metr məsafəyə yürüşdə olduğu kimi, 200 metr məsafədə də 4-cü yeri tutub. Finişə 38,165 saniyəyə çatan Bezuqlıy - Prokopenko cütlüyünü mükafatdan 0,110 saniyə ayırıb. Litvalı Raymundas Labukas - Tomas Qadeykis (37.497) qızıl, braziliyalı Erlon de Souza Silva - Ronilson Matias de Oliveyra (37.906) gümüş, rusiyalı Viktor Melantyev - Nikolay Lıpkin (38.055) bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti