...

Futbol üzrə XIV Avropa çempionatının açılışı olub

İdman Materials 8 İyun 2012 20:50 (UTC +04:00)
Futbol üzrə XIV Avropa çempionatının açılışı olub.
Futbol üzrə XIV Avropa çempionatının açılışı olub

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Futbol üzrə XIV Avropa çempionatının açılışı olub.

Trend-in məlumatına görə, Avro-2012 Varşava şəhərində Polşa və Yunanıstan yığmaları arasında keçirilən oyunla başlayır. Matçı İspaniyadan olan Karlos Velasko Karbalyo idarə edəcək, köməkçi hakimlər isə Roberto Alonso Fernandes və Xuan Karlos Ximenez olacaq.

Çempionatın açılış günü həmçinin A qrupunda yer alan digər yığmalar - Rusiya və Çexiya qarşılaşacaqlar.

Çempionata iyulun 1-də Ukraynanın paytaxtı Kiyevdə final oyunu ilə yekun vurulacaq.

UEFA-nın Avro-2012-nin iştirakçıları üçün ayırdığı mükafata görə, qrup mərhələsindəki hər bir qələbə üçün 1,5 milyon, heç-heçə üçünsə 500 min avro veriləcək. 1/4 finala çıxan hər bir iştirakçı əlavə iki milyon götürəcək. Yarımfinalçılara 4 milyon, finalçılara isə 4,5 milyon avro vəsait ayrılıb. Çempion komandaya əlavə 7,5 milyon avro ödəniləcək.

Xəbər lenti

Xəbər lenti