...

Kunqfu-sanda üzrə idmançılarımız Bolqarıstanda çempion oldular

İdman Materials 11 İyun 2012 18:47 (UTC +04:00)
8-10 iyun tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Şərq əlbəyaxa döyüşü Olimpiadasında kunqfu-sanda üzrə idmançılarımız uğur qazanıb.
Kunqfu-sanda üzrə idmançılarımız Bolqarıstanda çempion oldular

Azərbaycan, Bakı, 11 iyun /Trend/

8-10 iyun tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Şərq əlbəyaxa döyüşü Olimpiadasında kunqfu-sanda üzrə idmançılarımız uğur qazanıb.

Trend-in məlumatına görə, Avropa Uşu-sanda Federasiyasının vitse-prezideneti Babək Əliyevin iki sagirdi - 90 kiloqram çəki dərəcəsində Mustafa Məmmədzadə və 75 kiloqram çəki dərəcəsində Fərid Mailov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən ali zirvəsinə qalxa biliblər.

Xartırladaq ki, Babək Əliyev uşu-sanda üzrə 8 qat dünya çempionudur. Qaliblər sabah Vətənə qayıdırlar.

Xəbər lenti

Xəbər lenti