...

Azərbaycan və Gürcüstanın Avro-2020-yə ev sahibliyi ilə bağlı növbəti görüş gələn ay keçiriləcək

İdman Materials 12 İyun 2012 17:21 (UTC +04:00)
İyulun 5-də Bakıda AFFA və GFF-nin baş katiblərinin görüşü nəzərdə tutulub.
Azərbaycan və Gürcüstanın Avro-2020-yə ev sahibliyi ilə bağlı növbəti görüş gələn ay keçiriləcək

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyulun 5-də Bakıda AFFA və GFF-nin baş katiblərinin görüşü nəzərdə tutulub.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Avro-2020-yə ev sahibliyi ilə bağlı Gürcüstan Futbol Federasiyası (GFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi arasında 2012-ci il iyunun 1-də Batumi şəhərində keçirilmiş görüşün nəticəsi olaraq hər iki federasiyanın prezidentləri baş katiblərə işçi qrupunun tərkibinin müəyyənləşdirilməsi və müvafiq hazırlıq işlərinin təşkilini tapşırıb.

Bu görüşdən sonra hər iki federasiya arasında bir necə işçi telekonfranslar keçirilib.

Qeyd edək ki, iyunun 30-da Ukraynanın paytaxtı Kiyevdə UEFA İcraiyyə Komitəsinin növbəti iclasi keçiriləcək. Həmin iclasda mümkun namizədlər, Avro-2020-yə ev sahibliyi ilə bağlı tenderə hazırlıq işləri və sifariş sənədlərinin təsdiq şərtləri müzakirə olunacaq. İclasdan bir necə gün sonra Avro-2020-yə ev sahibliyinə namizəd assosiasiyalara turnirin keçirilməsi ilə bağlı tenderdə iştirak şərtləri əks olunmuş bütün müvafiq sənədlər göndəriləcək. Tenderdə iştirakla bağlı sənədlər alınacağı təqdirdə iki federasiyanın birgə işçi qrupu yaradılacaq.

Xəbər lenti

Xəbər lenti