...

Rihanna və Şakira DÇ-2012-də

İdman Materials 13 İyun 2012 11:47 (UTC +04:00)
Beynəlxalq super ulduzlar Rihanna və Şakira FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış edəcəklər.
Rihanna və Şakira DÇ-2012-də

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Beynəlxalq super ulduzlar Rihanna və Şakira FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış edəcəklər. Bu, Rihanna və Şakiranın ölkəmizdəki ilk çıxışları olacaq.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.

Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək.

Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındaki müştəri xidmətləri mərkəzində satışda olacaq.

Qeyd edək ki, çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti