...

Ramin Musayev ikinci dəfə PFL-in prezidenti seçilib

İdman Materials 3 İyul 2012 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçki keçirilib. Trend-in məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan seçkidə Azərbaycan klubları qurumun hazırkı prezidenti Ramin Musayevi dəstəkləyiblər.

Tədbirdə iştirak edən AFFA prezidenti Rövnəq Abdullayev PFL-in son dörd ildəki fəaliyyətini yüksək qiymətləndirib. O, bu müddətdə ölkə çempionatının və hakimliyin işindən razı qaldığını söyləyib.

Qeyd edək ki, PFL-in prezidenti 4 illik müddətinə, Azərbaycan Premyer Liqasının iştirakçısı olan klublar tərəfindən seçilir.

Bu, PFL prezidentliyinə ikinci seçki olub. Musayev seçkiyə alternativsiz qatılıb. Bununla da Musayev ikinci müddətə PFL-in prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti