...

Şotland və uelsli futbolçular Böyük Britaniya himnini oxumadılar

İdman Materials 27 İyul 2012 15:38 (UTC +04:00)
Böyük Britaniyanın olimpiya yığmasının futbolçuları - Uellsdə anadan olmuş Rayan Giqqz və Kreyq Bellami, eləcə də şotlandlar Kim Littl və İdeoma Dieke matç başlamazdan əvvəl "İlahi, Kraliçanı hifz et!" himnini oxumaqdan imtina ediblər.
Şotland və uelsli futbolçular Böyük Britaniya himnini oxumadılar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Böyük Britaniyanın olimpiya yığmasının futbolçuları - Uelsdə anadan olmuş Rayan Giqqz və Kreyq Bellami, eləcə də şotlandlar Kim Littl və İdeoma Dieke matç başlamazdan əvvəl "İlahi, Kraliçanı hifz et!" himnini oxumaqdan imtina ediblər. Kişilərdən ibarət yığma Seneqal komandasına, qadınlar isə Yeni Zelandiyaya qarşı oynayıb. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

"Bu, şotland olduğuma görə mənim şəxsi seçimimdir", - "Daily Mail" qəzeti Littldən sitat gətirir.

Böyük Britaniyanın kişilərdən ibarət yığmasının baş məşqçisi Stüart Pirs bəyan edib ki, bəzi oyunçuların himni oxumamalarında heç bir problem görmür.

Xəbər lenti

Xəbər lenti