...

Azərbaycan boksçusu Elvin Məmişzadə olimpiadada mübarizəni dayandırdı

İdman Materials 30 İyul 2012 18:54 (UTC +04:00)
Bu gün Azərbaycan boksçusu Elvin Məmişzadə London Olimpiadasında ilk görüşünə çıxıb.
Azərbaycan boksçusu Elvin Məmişzadə olimpiadada mübarizəni dayandırdı

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bu gün Azərbaycan boksçusu Elvin Məmişzadə London Olimpiadasında ilk görüşünə çıxıb.

Trend-in məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən 20 yaşlı idmançımız yarışa 1/16 final mərhələsindən qoşulub. Məmişzadə monqolustanlı Tuqstsoqt Nyambayarla üz-üzə gəlib.

Görüş monqolustan təmsilçisinin (5:4, 3:7, 3:7 - 11:18) xeyrinə başa çatıb.

Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatında boksçumuz hazırkı rəqibini məğlub etmişdi.

Xəbər lenti

Xəbər lenti