Azərbaycan, Bakı, 6 avqust /Trend/
Avqustun 15-də, saat 21:00-da AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi. Lakin Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həmin müraciət nəzərə alınaraq, Azərbaycan-Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.
Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.