...

Azərbaycan boksçusu Olimpiya Oyunlarının yarımfinalına vəsiqə qazanıb

İdman Materials 7 Avqust 2012 03:01 (UTC +04:00)
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov (91 kq) Olimpiya Oyunlarının yarımfinalına vəsiqə qazanıb.
Azərbaycan boksçusu Olimpiya Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov (91 kq) Olimpiya Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, 1/4 final mərhələsində onun rəqibi rusiyalı idmançı Maqomed Ömərov olub.

İlk raund bərabər hesabla başa çatıb - 4:4. İkinci raundda rusiyalı idmançı üstün olub - 4:7. Həlledici raundda isə boksçumuz rəqibini 7:3 hesabı ilə məğlub edərək yarımfınala yüksəlib.

Bununla Məhəmmədrəsul Məcidov özünə ən azı bürünc medalı təmin edib.

Xəbər lenti

Xəbər lenti