...

Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Şərif Şərifov London olimpiadasının finalında (ƏLAVƏ OLUNUB 6)

İdman Materials 11 Avqust 2012 19:55 (UTC +04:00)
XXX London Yay Olimpiya Oyunlarında bu gün kişilərin sərbəst güləş yarışlarında Azərbaycan təmsilçisi Cəmaləddin Məhəmmədov 1/16 finalda ilk görüşünü məğlubiyyətlə başa vurdu.
Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Şərif Şərifov London olimpiadasının finalında (ƏLAVƏ OLUNUB 6)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

XXX London Yay Olimpiya Oyunlarında bu gün kişilərin sərbəst güləş yarışlarında Azərbaycan təmsilçisi Cəmaləddin Məhəmmədov 1/16 finalda ilk görüşünü məğlubiyyətlə başa vurdu.

Trend-in məlumatına görə, 120 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədovun rəqibi rusiyalı Bilal Maxov idi.

60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov 1/8 finalda ilk görüşündə almaniyalı Tim Şleyherə qalib gəldi.

1/4 final görüşündədə güləşçimiz Toğrul Əsgərov yaponiyalı rəqibini iki raundada məğlub edərək yarımfinala keçdi. Əsgərov yarımfinal mərhələsində amerikalı güləşçi üzərində inamlı qələbə qazanaraq finala yüksəlib.

Digər təmsilçimiz Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatılıb. Şərifov ilk döyüşündə Türkiyə güləşçisi İbrahim Bölükbaşı ilə üz-üzə gəlib.

İlk hissə Şərifovun xeyrinə başa çatır - 3:1. İkinci hissədə də üstünlüyünü əldən verməyən təmsilçimiz 5:2 hesabiyla udaraq 1/4 finala yüksəlib.

Güləşçimiz Şərifov 1/4 mərhləsindədə amerikalı rəqibini yenərək yarımfinala vəsiqə qazandı.

Şərifov yarımfinal mərhələsində İrandan olan güclü güləşçi ilə qarşılaşıb. Güləşçimiz qələbə qazanaraq finala yüksəlib.

Xəbər lenti

Xəbər lenti