Azərbaycan, Bakı, 28 avqust /Trend/
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Babək Babayev tərəfindən Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən güləşçilərimizə avtomobillər təqdim olunub.
Trend-in məlumatına görə, olimpiadanın qızıl medalını qazanan Toğrul Əsgərov və Şərif Şərifova "Porsche Cayenne", gümüş medal qazanan Rövşən Bayramov və Mariya Stadnikə isə "AUDI A5" avtomobili hədiyyə edilib.
Həmçinin, Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalova "SEAT" avtomobili hədiyyə olunub.