...

İsrail yığmasının Bakıya gətirəcəyi heyət açıqlanıb

İdman Materials 3 Sentyabr 2012 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr / Trend müxbir M.Əliyev/

Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası ilə qarşılaşacaq İsrail yığmasının heyəti açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından bildirilib.

İsrail yığması Bakıya qapıçılar Dudu Avat (Malyorka, İspaniya), Dani Amos (Hapoel, Kiryat Şmona), Ariel Haruş (Beytar), Müdafiəçilər Yoval Şponqin (Omonia, Kipr), Elad Qabay (Hapoel, Kiryat Şmona), Tal Ben-Haim (Portsmut, İngiltərə), Eytan Tibi (Makkabi, Təl-Əviv), Dan Mori (Vitess, Hollandiya), Şir Çedek (Hapoel, Kiryat Şmona), Yoav Ziv (Makkabi, Təl-Əviv), Qal Şiş (Beveren, Belçika), yarımmüdafiəçilər: Yossi Benayun (Vest Hem, İngiltərə), Gili Vermut (Kayzerslautern, Almaniya), Bivers Hatho (Rubin, Rusiya), Maaran Radi (Makkabi, Təl-Əviv), Alminq Koen (Nürnberq, Almaniya), Qal Alberman (Makkabi, Təl-Əviv), Lior Rafaelov (Brügge, Belçika), Hen Ezra (Makkabi, Hayfa), Maor Melikson (Visla, Polşa) və hücumçular: İtay Şehter (Svensi, İngiltərə), Tomer Hemed (Malyorka, İspaniya), Ömər Damari (Hapoel, Təl-Əviv), Ben Saar (Herta, Almaniya) ilə gələcəklər.

Azərbaycan - İsrail oyunu 7 sentyabr saaat 21.00-da başlayacaq və canlı yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti