...

Yunis Hüseynov istefa verdi

İdman Materials 20 Sentyabr 2012 20:01 (UTC +04:00)
Trend-in məlumatına görə, o, bununla bağlı qərarını "Simurq"a qarşı keçirilən oyundan sonra açıqlayıb.
Yunis Hüseynov istefa verdi

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib.

Trend-in məlumatına görə, o, bununla bağlı qərarını "Simurq"a qarşı keçirilən oyundan sonra açıqlayıb.

Qeyd edək ki, bu gün Topaz Premyer Liqasının IV turundan təxirə salınmış bir oyun keçirilib. "Xəzər Lənkəran" "Simurq"a 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Lənkəran təmsilçisi beş oyundan sonra 5 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Baş məşqçi bu görüşdə futbolçularının çox pis oynadığını bildirib.

Klub rəhbərliyinin Hüseynovun istefasını qəbul edib-etməyəcəyi hələ ki bilinmir.

Xəbər lenti

Xəbər lenti