...

"Neftçi" büdrədi, "Simurq" isə irəliləyir (ƏLAVƏ OLUNUB)

İdman Materials 24 Sentyabr 2012 19:59 (UTC +04:00)
Bu gün Topaz Premyer Liqasında VI turun növbəti oyunları keçirilir.
"Neftçi" büdrədi, "Simurq" isə irəliləyir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Bu gün Topaz Premyer Liqasında VI turun növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda çempionatın autsayderi "Rəvan"ı qəbul edib. Matçda ilk qol 23-cü dəqiqədə qonaqlardan gəlib. Juan Manuel Varela fərqlənib. Cəmi 14 dəqiqə sonra Aleksandr Çertoqanov bərabərliyi təmin edib. Lakin 64-cü dəqiqədə Kristian Torres bakılıları yenidən önə çıxarıb (1:2). Bu azmış kimi Çertoqanov 72-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Oyunda son nöqtəni isə sonuncu dəqiqədə "Rəvan"ın futbolçusu Nuran Qurbanov qoyub (1:3).

Digər oyun isə Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" klubu "Neftçi" ilə qarşılaşıb.

Oyunda ilk sevinən tərəf Sumqayıt təmsilçiləri olub. Orxan Əliyev 12-ci dəqiqədə bakılıları məyus edib. 55-ci dəqiqədə Pərdis Fərcad Azad hesab arasındakı fərqi 2-yə çatdırıb. Düz bir dəqiqə sonra avtoqol qeydə alınıb. "Sumqayıt"ın futbolçusu Xəyal Mustafayev topu öz qapısına göndərib. 60-cı dəqiqədə Nikolas Kanales bərabərliyi təmin edib. Lakin 73-cü dəqiqədə sumqayıtlılar yenidən önə keçməyi bacarıblar. Murad Ağayev fərqlənib (3:2).

Matç elə bu hesabla da başa çatıb.

"Simurq" doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul edib. Şahin Kərimov 20-ci dəqiqədə gəncəliləri önə çıxarsa da, 6 dəqiqə sonra Stepan Polyakın ifasında zaqatalılar hesabı bərabərləşdiriblər. Matçın sonlarında Marçin Burxardt "Simurq"a qələbə qazandıran qola imza atıb.

Xəbər lenti

Xəbər lenti