...

Azərbaycanın da iddia etdiyi "Avro 2020"-nin keçirilməsi məsələsinə futbol federasiyaları ilə birgə qərar veriləcək

İdman Materials 2 Oktyabr 2012 10:42 (UTC +04:00)
Trend-in məlumatına görə, UEFA prezidenti Mişel Platini Sankt-Peterburqda mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, "Avro 2020"-nin ev sahibliyinə futbol ölkələrinin federasiyaları ilə birgə qərar veriləcək.
Azərbaycanın da iddia etdiyi "Avro 2020"-nin keçirilməsi məsələsinə futbol federasiyaları ilə birgə qərar veriləcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın da iddia etdiyi "Avro 2020"-nin keçirilməsi məsələsinə futbol federasiyaları ilə birgə qərar veriləcək.

Trend-in məlumatına görə, UEFA prezidenti Mişel Platini Sankt-Peterburqda mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, "Avro 2020"-nin ev sahibliyinə futbol ölkələrinin federasiyaları ilə birgə qərar veriləcək.

"Avropa çempionatına ev sahibliyi ilə bağlı fikirlərimizi ölkə federasiyalarına bildirmişik. Əgər qarşı tərəfdən də müsbət cavab alsaq, biz də öz qərarımızı açıqlayacağıq. "Avro 2020"-nin ev sahibliyi ilə bağlı məsələyə 2013-cü ilin ilk aylarında aydınlıq gələcək", - Platini deyib.

Qeyd edək ki, 2020-ci il Avropa çempionatına Türkiyə ilə yanaşı, Şotlandiya, İrlandiya, Uels "trio"su və Azərbaycan - Gürcüstan dueti də namizədliyini verib.

Xəbər lenti

Xəbər lenti