...

Futbol üzrə Azərbaycan yığmasının bir oyunçusunun cəzası yüngüləşdirildi, digər milli üzvü isə 6 oyunluq cəza aldı

İdman Materials 2 Oktyabr 2012 13:17 (UTC +04:00)
Trend-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Premyer Liqanın VII turunda baş verən qayda pozuntularına qiymət verilib.
Futbol üzrə Azərbaycan yığmasının bir oyunçusunun cəzası yüngüləşdirildi, digər milli üzvü isə 6 oyunluq cəza aldı

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Premyer Liqanın VII turunda baş verən qayda pozuntularına qiymət verilib.

"Turan"la səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Xəzər Lənkəran" 1000 manat cərimə edilib.

Matçın 23-cü dəqiqəsində Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilib və epizod təhlükəli oyun kimi qeydə alınıb. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilib və epizod sarı vərəqə ilə qiymətləndirilib.

Matçın fasiləsində "Xəzər Lənkəran"ın məşqçisi Zaur Ramazanov hakimləri təhqir edib. Bu səbəbdən İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb, klub isə 5000 manat cərimə edilib.

78-ci dəqiqədə Elnur Allahverdiyev hakimə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Milli komandanın üzvü olan futbolçu bu səbəbdən 6 oyunluq cəzalanıb. Klub isə daha 5000 manat cərimə edilib.

Xəbər lenti

Xəbər lenti