...

FIFA U-17 qadınlararası dünya çempionatını yüksək dəyərləndirib

İdman Materials 6 Oktyabr 2012 13:03 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati işlərini yüksək dəyərləndirib.
FIFA U-17 qadınlararası dünya çempionatını yüksək dəyərləndirib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati işlərini yüksək dəyərləndirib.

Trend-in məlumatına görə, Bakıda səfərdə olan FIFA-nın vitse-prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü İssa Hayatou AFFA-nın rəsmi saytına müsahibəsində təşkilat standartları baxımından hər şeyin çox yüksək səviyyədə olduğunu qeyd edib.

"Yerli Təşkilat Komitəsi üzvləri hər yerdə fəaldır. Onlar ehtiyac duyulan istənilən məkanda aktivdirlər. Yerli Təşkilat Komitəsi olaraq xidmət və həmin xidmətin təşkili baxımından onlar çox gözəl fəaliyyət göstərirlər", - Hayatou deyib.

O vurğulayıb ki, idman infrastrukturu, hotellər və təşkilatçılıq səviyyəsi göstərir ki, Azərbaycan digər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər güclü potensiala malikdir.

Xəbər lenti

Xəbər lenti