...

AFFA və "UNICEF Azerbaijan" birgə tədbir keçirib (FOTO)

İdman Materials 8 Oktyabr 2012 17:21 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Dənizkənarı Milli Parkda fəaliyyət göstərən Fan Zona-sında AFFA və "UNICEF Azerbaijan" birgə tədbir keçirib.
AFFA və "UNICEF Azerbaijan" birgə tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Dənizkənarı Milli Parkda fəaliyyət göstərən Fan Zona-sında AFFA və "UNICEF Azerbaijan" birgə tədbir keçirib. UNICEF Azerbaijan-ın rəhbəri Mark Herevard çıxış edərək AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işləri xatırladıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə qadınlardan ibarət BTİ (Təhsil) klubunun oyunçuları və müxtəlif sahələrdə çalışan tanınmış şəxslərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Komandaların üzvləri "İdmanla məşğul olaq, sağlamlığımızı qoruyaq", "Zərərli vərdişlərdən uzaq olaq", "Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək" və s. bu kimi sosial yönümlü şüarlar səsləndiriblər. Yoldaşlıq oyunu 16:7 hesabı ilə BTİ komandasının xeyrinə başa çatıb.

Oyundan sonra iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AFFA və "UNICEF Azerbaijan" arasında bir ildən artıqdır ki, əməkdaşlıq mövcuddur. Əsas hədəfi U-17 UNICEF Qızlar Liqasında çıxış edən klublar olan əməkdaşlıq çərçivəsindəki tədbirlərin əksəriyyətini tədris yönümlü treninqlər təşkil edir. Treninqlər zamanı qızlara sağlam həyat tərzi (sağlam qidalanma, idmanla məşğul olmağın faydası, zərərli vərdişlərin və erkən nikahların mənfi məqamları) və uşaq haqları mövzusunda ətraflı məlumat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti