...

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək

İdman Materials 19 Oktyabr 2012 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamızın rəqibi İspaniya komandası olacaq.

Bolqarıstanın Stara Zaqora şəhərində "Beroe" stadionunda keçiriləcək matçın baş hakimi Kevin Clansy (Şotlandiya), onun köməkçiləri David Mcgeachie (Şotlandiya), Georgi Todorov (Bolqarıstan), dördüncü hakim isə Tasko Taskov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, İspaniya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti