...

Azərbaycan Güləş Federasiyası ilin ən yaxşılarını mükafatlandırdı (FOTO)

İdman Materials 22 Dekabr 2012 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Güləş Federasiyasında 2012-ci ilə yekun vurulub. Mərasimdə AGF tərəfindən ilin ən yaxşıları müəyyənləşdirilib.

Trend-in AGF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, London Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilin ən yaxşı sərbəst güləşçi seçilib. London Olimpiya Oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumova isə federasiya tərəfindən "Range Rover" avtomobili verilib.

London Olimpiya Oyunlarının bürünc medalına sahib olan Emin Əhmədov isə ilin ən yaxşı yunan-Roma güləşçisi seçilib.

London Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuliya Ratkeviç ən yaxşı qadın güləşçisi adına layiq görülüb. Azərbaycan güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov ilin ən yaxşı məşqçisi, Azərbaycan Respublikasının əməkdar məşqçisi, olimpiya dərəcəli hakim Hicran Şərifov isə ilin ən yaxşı hakimi mükafatını qazanıb.

Mərasimdə, həmçinin AGF-nin elan etdiyi fotomüsabiqənin qalibləri də mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti